AZ

“Yeni Klinika”da 5 saatdır xəstəyə baxan yoxdur - ŞİKAYƏT

"Yeni Klinika"ya gecə saat 4-dən xəstə aparıblar, deyirlər, gözləyin, həkim gəlib baxsın, səhər saat 9-dur, xəstə sancı ilə hələ də gözləyir".

Milli.Az xəbər verir ki, bunu psixoloq Sevinc Əlizadə deyib.

Sevinc Əlizadə xəstənin uşaq olduğunu qeyd edib, klinikadakı vəziyyəti biabırçı adlandırıb.

"Yeni Klinika"dan isə bildirilib ki, araşdırmaya əsasən, pasiyentin təqdim etdiyi məlumata görə o, sancı deyil, axıntı şikayəti ilə tibb müəssisəsinə müraciət edib:

"Şikayətin uroloji xarakterli olması və təcili hal təşkil etməməsi səbəbindən pasiyent poliklinik qaydada uroloq müayinəsinə yönləndirilib. Daha sonra Alpər Kərimli ilə telefon əlaqəsi saxlanılıb və xəstəxana daxilində görüş keçirilib. Hazırda pasiyentin ağrı şikayəti yoxdur. O, səhər tezdən növbə götürdüyünü və hazırda növbəsinin çatmasına 8 sıra qaldığını bildirib.

Bir daha qeyd edirik ki, Alpər bəy hazırda ağrısız vəziyyətdə növbəsinin çatmasını gözləyir".

Mehman Əsədov
Milli.Az

Seçilən
62
50
milli.az

10Mənbələr