AZ

Çin maşınlarının kəskin ucuzlaşma səbəbi bilindi - Ekspert AÇIQLADI

Azərbaycanda avtomobil bazarında Çin markalarına maraq artmaqda davam edir.

Milli.Az xəbər verir ki, bu avtomobillərdə qiymətlər isə günü-gündən enir. 

Bəs buna səbəb nədir? 

Nəqliyyat eksperti Yasin Mustafayevin sözlərinə görə bu avtomobillərin əksəriyyəti, yəni 70 faizdən çoxu qeyri-rəsmi idxalçılar tərəfindən ölkəyə gətirilir. Yalnız 30 faizlik hissə rəsmi dilerlər vasitəsilə, birbaşa zavoddan və zəmanətlə satışa çıxarılır.

Ekspert bildirib ki, qeyri-rəsmi idxalçılar arasında rəqabətin artması qiymətlərin enməsinə səbəb olub:

"Son iki ay ərzində Azərbaycanda Çin istehsalı avtomobillərin qiymətində orta hesabla 4 min manata yaxın ucuzlaşma müşahidə olunub".

Qeyd edək ki, bu tendensiya həm avtomobil alıcılarının seçimlərini, həm də bazar iştirakçılarının fəaliyyətini birbaşa təsir altına alır.

Asya
Milli.Az

Seçilən
31
2
milli.az

10Mənbələr