AZ

Ukraynanın yeni “Flamingo” raketini təqdim etdi

Ukrayna artıq yeni “Flamingo” raketinin seriyalı istehsalına başlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Associated Press agentliyi ilə əməkdaşlıq edən ukraynalı fotoqraf Yefrem Lukatski özünün Facebook səhifəsində məlumat verib. O, raketlərin istehsal olunduğu sexdə çəkilmiş fotoları paylaşaraq, raketlərin hazır vəziyyətdə olduğu və ehtimal ki, yaxın vaxtlarda çatdırılmağa hazır olduqlarını bildirib.

Şəkillərin altında qeyd olunub ki, fotolar 14 avqust tarixində Ukraynanın müdafiə şirkəti “Fire Point”in sexində çəkilib, sexin yerləşdiyi məkan açıqlanmır.

3000 km uçuş məsafəsi, 4 saat havada qalma müddəti

Jurnalistlər qeyd edirlər ki, “Flamingo” raketləri 3000 kilometr məsafəyə uça bilir.

Hərbi silahlar üzrə ixtisaslaşan Defense Express portalı “Flamingo”nun BƏƏ-də yerləşən Milanion Group şirkətinin FP-5 raketi olduğunu ehtimal edir. Milanion Group Ukrayna Silahlı Qüvvələrinə silah tədarük edən şirkətdir və raketin ilk təqdimatı 2025-ci ilin fevralında BƏƏ-də keçirilən IDEX-2025 sərgisində olub.

Defense Express-in yazdığına görə, “Flamingo” və FP-5 raketlərinin xüsusiyyətləri və görünüşü – sabit, düz qanadlı böyük qanadlı raket olması, mühərrikin gövdənin üzərində yerləşməsi – bir-birinə uyğundur və alternativ variant yoxdur.

Raketin texniki göstəriciləri:

Uçuş məsafəsi: 3000 km

Havada qalma müddəti: 4 saat

Maksimum sürət: 950 km/saat

Qanadların enişi: 6 metr

Ümumi çəkisi: 6 ton (onun 1 tonu döyüş hissəsidir)

Defense Express vurğulayır ki, bu tip raketlər dünyada azdır və onlar Tomahawk raketlərindən daha güclüdür, çünki Tomahawk-un döyüş hissəsinin çəkisi 450 kq-dır. Milanion Group şirkəti isə FP-5 raketindən ayda 50 ədəd istehsal etmə potensialına malik olduğunu bəyan edib. Bundan əlavə, raketdə peyk naviqasiyası, radioelektron mübarizəyə davamlılıq və inersial naviqasiya sistemi istifadə olunur.

Ukrayna istehsalı olan digər dron-raketlər

Qeyd edək ki, Ukraynada artıq qismən raket xüsusiyyətlərinə malik dronlar da istehsal olunur. Onlardan biri “Palyanitsa” dron-raketidir. Prezident Vladimir Zelenski ötən ilin avqust ayında bu raketin ilk döyüş tətbiqindən bəhs etmişdi.

Bundan başqa, Ukraynada “Peklo”, “Trembita”, “Ruta” və digər dron-raketlər də hazırlanır. Hərbi ekspert Aleksandr Musiyenko izah etmişdi ki, “Palyanitsa” döyüş hissəsinin çəkisi 50-70 kq olmaqla 400 km məsafəyə çatdırıla bilir. O, belə silahların Ukraynanın ballistik raketlərinin inkişaf yolunda ara mərhələ ola biləcəyini də vurğulamışdı.

Seçilən
30
45
veteninfo.az

10Mənbələr