
Azad olunan ərazilərdə avqustun 11-dən 17-nə qədər 30 tank əleyhinə mina, 153 piyada əleyhinə mina, 673 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Reyting.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.
Məlumata görə, 1362,7 hektar ərazi minalardan təmizlənib.