Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Xorvatiyada "Hayduk" və "Zirə" komandaları arasında keçirilmiş UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşü ən çox izlənilən avrokubok oyunları siyahısına düşüb.
Oxu.Az xəbər verir ki, iyulun 31-də Split şəhərindəki "Polyud" stadionunda baş tutmuş matça 30 086 nəfər tamaşa edib.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda isə "Hayduk" qələbə topunu vuraraq, mərhələ adlayıb.
"Hayduk"un III təsnifat mərhələsində Albaniyanın "Dinamo Siti" komandası ilə ev oyununa (3:1) isə daha çox - 31 652 nəfər baxıb.
Avropa Liqasında ən çox tamaşaçı II təsnifat mərhələsinin Türkiyənin İstanbul şəhərindəki "Türpaş" stadionunda "Beşiktaş" və Ukrayna "Şaxtyor"u ilə matçda (2:4) qeydə alınıb - 31 739.
Nəhayət, Çempionlar Liqasında III təsnifat mərhələsinin Portuqaliyanın paytaxtı Lissabondakı "Da Luj" stadionunda "Benfika" və Fransa "Nitsa"sı arasında oynanılmış qarşılaşmanı (2:0) 64 511 tamaşaçı izləyib.
Qeyd edək ki, statistika avrokubokların təsnifat mərhələlərində keçirilmiş oyunlar üçün aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.