AZ

Moldovada DİN binası qarşısında etiraz aksiyası keçirilir: Həbs olunanların buraxılması tələb edilir

ain.az bildirir, Oxu.az portalına istinadən.

Moldovada müxalif "Qələbə" blokunun tərəfdarları Kişineuda ölkənin Daxili İşlər Nazirliyinin binası qarşısında piket keçirirlər.

Bu barədə Oxu.Az "RIA Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, toplaşanlar Prezident Maya Sandunun siyasətinə qarşı şənbə günü (16 avqust) keçirilən etiraz aksiyası zamanı saxlanılan 69 nəfərin azad olunmasını tələb edirlər.

Qeyd edək ki, Moldova polisi avqustun 16-da müxalifətin "Qələbə" blokunun etiraz aksiyası zamanı 69 nəfərin saxlanıldığını bildirib. Nümayişçilər Qaqauz Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsul və digər siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər.

Xatırladaq ki, Moldovada paytaxt Kişineu Məhkəməsində baş tutan prosesdə Qaqauz Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsul müxalif "Şor" Partiyasının maliyyələşdirilməsində qanun pozuntuları ittihamı ilə 7 il azadlıqdan məhrum edilib.

Moldovada DİN binası qarşısında etiraz aksiyası keçirilir: Həbs olunanların buraxılması tələb edilir

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
5
oxu.az

10Mənbələr