AZ

Braziliya millisinin sabiq futbolçusu “Turan Tovuz”a keçib

Bakı,18 avqust, AZƏRTAC

Son olaraq İspaniya La Liqasında “Valyadolid”in şərəfini qoruyan Enrike Silva “Turan Tovuz”a keçib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, sol cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Yetirməsi olduğu “Vasko da Qama”nın heyətində 185 oyuna çıxan braziliyalı futbolçu 3 mövsüm Fransa Liqa 1 təmsilçisi “Lion”un formasını geyinib.

Tam adı Enrike Silva Milaqres olan 31 yaşlı futbolçu vaxtilə Braziliyanın U-20 milli komandansının üzvü olub.

Seçilən
42
50
azertag.az

10Mənbələr