AZ

“Meloni Avropa liderlərini Trampla düşmənçilik etməməyə çağırır” Xarici KİV

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

İtaliyanın Baş naziri Corcia Meloni ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə danışıqları zamanı Avropa ölkələrinin kənarda qala biləcəyi barədə xəbərdarlıq edib. 

Bu barədə "The Times" nəşri məlumat yayıb.

Nəşr yazır ki, Meloninin fikrincə, əgər Avropa liderləri Trampa təzyiq etsələr, o, bütün prosesi dayandıra, Ukraynanın sülh istəmədiyini bəyan edə və ABŞ-nin Avropadan asılı olmayaraq Moskva ilə birbaşa razılaşma əldə etməsinə şərait yarada bilər.

İtaliyanın Baş naziri həmçinin Tramp və Ukrayna Prezidenti Volodimir Zelenskiyə Ağ Evdə birgə mətbuat konfransı keçirməməyi, bunun əvəzinə ayrı-ayrı bəyanatlarla çıxış etməyi məsləhət görüb. Onun sözlərinə görə, bu, fevral ayında baş verən fikir ayrılıqlarının təkrarının qarşısını ala bilər.

Məlumata görə, Meloni həmçinin Tramp, Zelenski və Putin arasında görüşün Romada keçirilməsini təklif edib. Lakin Makron görüşün Cenevrədə baş tutmasının daha məqsədəuyğun olduğunu bildirib.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
73
50
azpolitika.info

10Mənbələr