AZ

Zelenski-Tramp görüşü: Ukrayna kompromisə hazırdır

Zelenski-Tramp

Ukrayna prezidenti Vladimir Zelenskinin Oval kabinetdə ABŞ lideri Donald Trampla bugünkü görüşü, bəlkə də onun prezidentliyi dövründə ən əlamətdar görüş olacaq.

Reyting.az
xəbər verir ki, bunu “Financial Times” nəşri yazıb.

Qəzet yazır ki, bu görüş D. Trampla münasibətləri bərpa etmək, Rusiya ilə müharibənin ədalətli sonunu və Ukraynanın gələcək təhlükəsizliyi üçün ABŞ-nın zəmanətlərini təmin etmək üçün böyük şansdır.

Nəşr qeyd edir ki, müzakirənin konkret təfərrüatları ilə yanaşı, Ukrayna və ABŞ liderlərinin bugünkü görüşünün tonu da çox əhəmiyyətli olacaq.

Prezidentə yaxın yüksək rütbəli Ukrayna rəsmisi deyib ki, Oval kabinetdəki danışıqlarda Zelenskinin məqsədi “Ukraynaya Donetsk və Luqansk vilayətlərindən qoşunların çıxarılması kimi qeyri-mümkün addımlar atması üçün təzyiq olmadan məhsuldar sülh prosesi” qurmaq olacaq. Rəsmi bildirib ki, bunun üçün Ukrayna prezidenti hazırkı cəbhə xəttində ukraynalıların qəbul edə biləcəyi “məqbul kompromis”ə hazır olacaq.

ELÇİN
Seçilən
70
50
reyting.az

10Mənbələr