AZ

QHT sədri şəhid ailələrinə hörmətsizlik edən şəxslərlə bağlı açıqlama verdi

“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova QHT.az-a açıqlamasında bildirib ki, şəhid ailələri olaraq heç bir hörmətsizliyə göz yummamalıyıq:

“Bir şəhid ailəsi olaraq bütün şəhid ailələrini bu məsələyə susmamağa çağırıram. Bütün dövlət orqanlarından ilk öncə xahiş, sonra isə tələb edirəm ki, bu insanlar cəzalansınlar. Biz oğullarımızı vermişik, kimsə gəlib onlara hörmətsizlik edə bilər?” – deyə Tünzalə Abduləlimova qeyd edib.

O əlavə edib ki, şəhid ailələrinə hörmətsizlik edən ərəb vətəndaşları dövlətin səlahiyyətli orqanları tərəfindən həbs olunublar:

“Şərəfsiz turistlər çox çəkmədi. Dövlətimizin qeyrətli polisləri tərəfindən həbs olundular. Ümidvarıq ki, layiqli cəzalarını alacaqlar. Allah dövlətimizi qorusun, şəhidlərimizin ruhları şad olsun. Təşəkkürümüzü dövlət rəhbərliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazova bildiririk. Onların üzrlərini gözləyirik” – deyə QHT sədri qeyd edib.

Qeyd edək ki, faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər. Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

 

Pərvanə Fərhadqızı

Seçilən
41
8
qht.az

10Mənbələr