“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, “Apar Ride” MMC barəsində istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi ilə bağlı inzibati xəta protokolu tərtib edilib.
Bu barədə Operativ Media-ya Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, şirkət “İstifadəçi razılaşması”na qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər daxil edib.