AZ

Göygöldə IV Milli Yaylaq Festivalı çərçivəsində Aqrar Biznes Festivalı keçirilib (FOTO)

Bakı.Trend:

Azərbaycanın zəngin yaylaq mədəniyyətini, milli irsini və kəndtəsərrüfatı potensialını tanıtmaq məqsədilə 15-17 avqusttarixlərində Göygöl rayonunda IV Milli Yaylaq Festivalı təşkilolunub.

Trend xəbərverir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Cavad Xan Tarix və Mədəniyyət Fondunun təşəbbüsü,Göygöl rayin icra hakimiyyətinin, digər dövlət qurumlarının, ocümlədən, Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı, özəl sektorundəstəyi ilə Xan Yurdu yaylağında təşkil olunan festival 3 gün davamedib.

Məlumata görə, festival çərçivəsində Aqrar İnnovasiya Mərkəzinintəşkilatçılığı ilə ölkənin kənd təsərrüfatı sektorunu, innovativhəlləri və biznes imkanlarını bir araya gətirən Aqrar BiznesFestivalı baş tutub. Aqrar Biznes Festivalında fermerlər, kəndtəsərrüfatı məhsulları istehsalçıları, emal müəssisələri,ixracatçılar, innovasiya şirkətləri kənd təsərrüfatı təyinatlıməhsul və texnologiyaları, müxtəlif bitki toxumları, aqrar sahə iləbağlı yeni xidmətlər, o cümlədən aqrar sığorta məhsulları ilə tanışolublar. İştirakçılar bu kimi tədbirlərin aqrar sahədə yeni işgüzarəlaqələrin qurulması, yerli istehsalçıların məhsullarının dahageniş bazarlara çıxması və aqroturizm potensialının artırılmasıbaxımından əhəmiyyət kəsb etdiyini bildiriblər.

Bildirilib ki, festival çərçivəsində Kənd TəsərrüfatıNazirliyinin Elmi-Tədqiqat İnstitutları, Süni Mayalandırma Mərkəzi,Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu öz məhsul vəxidmətləri ilə təmsil olunub.
Tədbir zamanı Aqrar Sığorta Fondunun nümayəndələri ölkəmizdə dövlətdəstəkli aqrar sığorta mexanimzi barədə təqdimat keçirib,iştirakçıları aqrar sığortanın üstünlükləri, zərərin hesablanması,fermerlərə ödənişlərin verilməsi, aqrar sığorta məhsulları barədəgeniş məlumat veriblər. Daha sonra sığorta müqaviləsində nəzərdətutulmuş risklər üzrə təsərrüfatları zərər çəkmiş fermerlərəsığorta ödənişləri təqdim olunub.

Qeyd edilib ki, IV Milli Yaylaq Festivalı həm bölgənin turizmpotensialına töhfə vermək, həm də kənd təsərrüfatı ənənələrinin,mədəniyyət, milli mətbəx nümunələrinin tanıdılması baxımından mühüməhəmiyyətə malik tədbir sayılır. Proqram zənginliyi və iştirakçısayının çoxluğu baxımından festival dövlət-özəl sektortərəfdaşlığının uğurlu örnəyi hesab olunur.

Göygöldə
Göygöldə
Göygöldə
Göygöldə
Göygöldə
Göygöldə
Göygöldə
Göygöldə
Göygöldə
Göygöldə
Göygöldə
Göygöldə
Göygöldə
Göygöldə
Göygöldə
Göygöldə
Seçilən
22
31
az.trend.az

10Mənbələr