AZ

İki güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq

ain.az, Sportal.az saytına istinadən bildirir.

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatına start verilib.

Sportal.az xəbər verir ki, Nurlan Ağazadə (70 kq) debütdə kanadalı Keyd Brauna 9:2, 1/8 finalda qırğızıstanlı Zalkarbek Tabaldiyevə 5:2 hesabı ilə qalib gəlib. 

Daha sonra o, çinli Tao Veiyə tam üstünlüklə (12:2) qalib gələrək yarımfinala yüksəldi. Nurlan yarımfinalda moldovalı Aleksandr Qaydarliylə qarşılaşacaq.

Ağanəzər Novruzov (74 kq) bolqarıstanlı Stiliyan Corova tam üstünlüklə (10:0) qalib gəlib və 1/8 finala yüksəlib. Ancaq bu mərhələdə almaniyalı U20 Avropa çempionu Manuel Vaqinə 2:7 hesabıyla məğlub olub.

Rəvan Musayev (97 kq) macarıstanlı Peter Jivnovskiyə tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/8 finalda fransalı Aşab Dadayevə 2:12 hesabıyla uduzub.

Yusif Dursunov (125 kq) çinli Ruljie Liyə "tuş"la, gürcüstanlı Aleksandre Abramişviliyə isə 5:0 hesabıyla qalib gəlib və yarımfinala yüksəlib. Yusif yarımfinalda iranlı Abolfazl Nejadla güləşəcək.

Bu gün saat 19:00-da 70 kq çəki dərəcəsində bürünc medal uğrunda mübarizədə Nurlan Ağazadə - Q. Otinaşvili cütünün qalibi D. Yaquş - İ. Karajov cütünün güclüsü ilə mübarizə aparacaq.

125 kq çəki dərəcəsində isə Yusif Dursunov - İ. Miroşniçenko cütünün qalibi fransalı L. Laqvilaya ilə güləşəcək.

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
50
sportal.az

10Mənbələr