AZ

Rusiya və Belarus ukraynalı uşaqların oğurlanmasına görə terrorun sponsoru kimi tanına bilər

ain.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.

Rusiya və Belarus ukraynalı uşaqların oğurlanmasına görə terrorun sponsoru kimi tanına bilər

ABŞ senatorları Lindsi Qrem və Riçard Blumental Rusiya və Belarusun ukraynalı uşaqların oğurlanmasına görə terrorizmin dövlət himayədarı kimi tanınmasına dair qanun layihəsinin təqdim edilməsi imkanını nəzərdən keçirirlər. Bu barədə NBC News-un jurnalisti Kristen Volkerin H sosial şəbəkəsində məlumat yayıb. Onun sözlərinə görə, belə bir məlumatı qanun layihəsi ilə tanış olan mənbə verib.

“Konqres üzvü, senator Lindsi Qrem və Konnektikutdan olan demokrat Riçard Blumental Senata qanun layihəsinin təqdim edilməsini nəzərdən keçirirlər ki, bu qanun qəbul edilsə, Rusiya və Belarusu ukraynalı uşaqların oğurlanmasına görə terrorizmin dövlət himayədarı kimi tanıya bilər”, – jurnalist yazıb.

Xatırladaq ki, 2014-cü ildən bəri işğal olunmuş Luqansk və Donetsk vilayətlərindən, eləcə də Krımdan uşaqlar sistemli şəkildə Rusiya Federasiyasının müxtəlif bölgələrinə aparılıb.

Keçən il KİV-lər yazmışdılar ki, hüquq müdafiəçilərinin fikrincə, uşaqların Ukraynadan çıxarılmasında Belarus da iştirak edir. Üstəlik, bu, bilavasitə özünü Belarusun başçısı elan edən Aleksandr Lukaşenkonun himayəsi altında baş verir.

Rusiya Federasiyası hətta əsasən işğaldan çıxarılan ukraynalı uşaqların “onlayn kataloqu”nu da yaradıb. Orada rus ailələrinə göz rəngi, saç rəngi və digər parametrlərə görə övladlığa götürmək üçün uşaq seçmək təklif olunur.

Qeyd edək ki, genişmiqyaslı müharibə başlayandan Rusiya 19,5 mindən çox uşağı Ukraynadan çıxarıb. Bu məlumatı İnsan Hüquqları üzrə Ombudsman Dmitri Lubinets açıqlayıb.

Üstəlik, məhz ukraynalı uşaqların oğurlanması Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya diktatoru Vladimir Putinin, eləcə də Rusiya Federasiyasındakı Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın həbsinə order verməsinə səbəb oldu.

Onu da əlavə edək ki, Ukrayna hökuməti və könüllülər ukraynalı uşaqların Rusiyadan qaytarılması üçün mübarizə aparır. Bu prosesdə uğurlar var. O cümlədən, bu yaxınlarda 11 nəfər geri qaytarılıb.

Əziz MUSTAFA

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
14
oxumeni.az

9Mənbələr