AZ

Rusiya minlərlə ukraynalı uşağı oğurlayır

Yazını böyüt
Yazını kiçilt

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (HUR) Rusiyanın işğal etdiyi ərazilərdən sistemli şəkildə ukraynalı uşaqları oğurladığına dair yeni sübutlar üzə çıxarıb.

Hafta.az-ın yazdığına görə, HUR verdiyi yazılı açıqlamada, genişmiqyaslı kiber əməliyyat çərçivəsində kəşfiyyat mütəxəssislərinin Krımın qondarma “hökumətinin” serverlərinə sızmağı bacardıqlarını açıqlayıb. Məlumata görə, serverlərdə Rusiya tərəfindən Ukraynanın Xerson, Zaporojjya, Donetsk və Luqansk vilayətlərindən qaçırılan minlərlə uşaqla bağlı sənədlər olub.

Əldə edilən məlumatlara oğurlanmış uşaqların adlarının siyahıları, şəxsi məlumatları və Rusiya vətəndaşları arasından seçilmiş yeni qondarma “qəyyumlara” təhvil verilməsi ilə bağlı qeyri-qanuni qərarlar daxildir. Sənədlərə həmçinin uşaqların yeni yaşayış ünvanları və onların yaşayış yerlərinin təfərrüatları qeyd olunub.

HUR nümayəndəsi Andriy Yusov, "Rusiyanın ən böyük hərbi cinayətlərindən biri olan uşaq oğurluğu ilə bağlı minlərlə faylda ədalət mühakiməsi üçün son dərəcə dəyərli məlumatlar var. Bu sənədlər təhlükəsizlik qüvvələrinə təhvil verilib. Sübutlar araşdırılaraq cinayət araşdırmalarına əlavə olunacaq. Əldə edilən məlumatlar uşaqların tapılaraq bu cinayətdə iştirak edənlərin vətənlərinə qaytarılmasını təmin edəcək" deyib.

Ruslar evakuasiya bəhanəsi ilə işğal etdikləri Ukrayna ərazilərindən uşaqları ailələrindən ayıraraq Rusiyaya aparırlar. Ruslar oğurlanan uşaqlara fiziki və psixoloji təzyiq göstərir. Ukraynaya qayıdan uşaqlar Rusiyada alçaldıldığını və pis rəftar edildiyini təsvir edirlər.

Ukrayna hökuməti 20 minə yaxın ukraynalı uşağın Rusiya tərəfindən qaçırıldığını rəsmən təsdiqləyib. Əslində isə Rusiya tərəfi 700 min uşağın işğal olunmuş Ukrayna ərazisindən oğurlanmasını evakuasiya bəhanəsi ilə müdafiə etməyə çalışır.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiya prezidenti Putin və Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Alekseyevna Lvova-Belovanın Ukraynada törədilmiş cinayətlər, o cümlədən uşaq oğurluğu ilə bağlı araşdırması çərçivəsində “müharibə cinayətləri” ittihamı ilə həbs qərarı verildiyini açıqlayıb.

Seçilən
48
hafta.az

1Mənbələr