"Kəpəz" Azərbaycan çempionatları tarixində 60-cı dəfə böyük hesabla məğlub olub.
Publika.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi bu göstəricidə antirekordçudur.
"Sumqayıt" ötən gün I turda komandanı üç cavabsız qolla üstələyib.
“Kəpəz” 19 dəfə evdə, 41 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə uduzub.