AZ

Rəqsanənin əri Rusiya səfirliyindan kömək istədi - FOTO

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanov Rusiya vətəndaşı olduğunu əsas gətirərək Rusiya səfirliyindən kömək istəyib.

Müğənninin əri Fazil Əmiraslanov bununla bağlı müğənninin instagram hesabında paylaşım edərək açıqlama verib:

"Hər birinizi salamlayıram. Ailəmizə atılan böhtan deyil, sanki bir müharibə başladılıb. Hər kəs açıqlama gözləyir, artıq mənim susmağım düzgün deyil, bu olanlar qarşısında kişi susmaz! Bu gün bütün açıqlamalar veriləcək. Biz başqa ölkənin vətəndaşı olduğumuz üçün burada ailəmlə birgə əlimizdən heç bir şey gəlmir. Mən Fazil Əmiraslanov bir rus vətəndaşı olaraq Rusiya səfirliyindən kömək istəyirəm. Mənim və övladlarımın təhlükəsizliyini təmin etsinlər, ölkəmə geri göndərsinlər".

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova 16 avqust tarixində həbs olunub.  O, vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Rəqsanəyə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.  Bu maddənin sanksiya həddində 10 ildən 14 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Amma dələduzluq cinayətində dəymiş ziyanın tam ödənilməsi və dövlət rüsumunun ödənilməsi vəziyyəti dəyişə bilər. Belə olan halda cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilə bilər.

Seçilən
65
16
7news.az

10Mənbələr