AZ

Pezeşkian Göy məsciddə namaz qıldı

Ermənistanda səfərdə olan İran Prezidenti Məsud Pezeşkian İrəvandakı Göy Məsciddə namaz qılıb.

“Qafqazinfo”nun İranın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, Pezeşkian Göy Məsciddə camaat namazı qılıb.

Qeyd edək ki, İrəvanda yerləşən Göy Məscid Qafqazın ən böyük məscidi kimi tanınır. 

Bu məscid 1760-cı ildə Hüseynəli xan tərəfindən inşa edilib və 1765-ci ildə tikintisi başa çatıb.

Göy Məscid  Şərq memarlığının nadir incilərindən sayılır.

Məscid ermənilər tərəfindən bir neçə dəfə yandırılsa da, sonra mühafizə altına alınıb.

1990-cı illərdə məscid İran tərəfindən bərpa edilib və orada muzey yaradılıb. 

Seçilən
64
4
qafqazinfo.az

10Mənbələr