AZ

"Şamaxı"nın keçmiş hücumçusu və klubu Rusiyada diqqət mərkəzində

BAKI. 18 avqust. TELEQRAF

"Fakel" klubunun "Şamaxı"dan transter etdiyi futbolçu Belaydi Pusi Rusiyada diqqət mərkəzinə düşüb.

Teleqraf xəbər verir ki, 27 yaşlı hücumçu I Liqada 3 qolla bombardirlər siyahısına düşüb.

Albaniyalı forvard son olaraq, avqustun 17-də səfərdə "Çernomorets" üzərində qələbə topunu vurub - 1:0.

Hazırda o, yalnız David Karayev (KAMAZ) və Amur Kalmıkovdan ("Arsenal") 1 top geri qalır.

"Fakel" isə 5 oyundan 15 xalla liderdir.

Qeyd edək ki, Belaydi Pusi fevralda Voronej təmsilçisi ilə 2 illik müqavilə bağlayıb. Həmin vaxt "Fakel" Rusiya Premyer Liqasında qalmaq uğrunda mübarizədə istəyinə nail ola bilməyib və sonuncu yeri tutaraq, I Liqaya enib.

Seçilən
28
50
teleqraf.com

10Mənbələr