AZ

“Ukrayna xalqı heç bir halda təhqiredici sülh şərtlərini qəbul etməyəcək”

ABŞ və Rusiya liderlərinin Alyaska görüşündən sonra Ukrayna müharibəsinin başa çatacağı ilə bağlı müəyyən proqnozlar səslənməkdədir.

Maraqlıdır, cari ilin sonuna kimi Ukrayna müharibəsinin başa çatmaq ehtimalı varmı və əgər müharibə uzanarsa, kimin qalib gəlmək şansı daha çox olacaq?

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Sona Əliyeva mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Rusiyanın Alyaskada səsləndirdiyi “sülh şərtləri” faktiki olaraq Ukraynanın kapitulyasiyası deməkdir. Yəni heç bir halda Zelenski administrasiyası bu şərtləri qəbul edə bilməz. Moskva Kiyevdən tələb edir ki, Donbas bütünlüklə Rusiyaya verilməlidir. Üstəlik, qoşunlar hazırkı ərazilərdə “donmuş vəziyyətdə” qalmalıdır. Əgər Ukrayna buna razı olacaqdısa, o zaman bu savaş nəyə lazım idi?! Üstəlik, milyonlarla qaçqın və məcburi köçkün, yüzlərl yaşayış məntəqələrinin dağıdılması, yer üzündən silinməsi baş verib.

Əgər Volodimir Zelenski Putinin bu şərtləri ilə razılaşarsa, bu, Zelenskinin edamına gətirib çıxara bilər. Ukrayna xalqı heç bir halda təhqiredici sülh şərtlərini qəbul etməyəcək. Avropa isə Ukraynaya silah yardımını artırsa, o zaman Rusiya özü sülh üçün yalvarmağa başlayacaq. Çünki Kremlin hərbi resursları da tükənir. Zavodlar əvvəlki gücünü itirir. İran da İsraillə savaşdan sonra Rusiyaya “Şaheed”lərin satışını demək olar ki, dayandırıb.  İndi Rusiya Ukrayna cəbhəsində sürətli əks-hücuma keçəcək ki, Kiyev administrasiyasını fikrindən yayındırsın və Zelenski sülh danışıqlarına getsin. Amma Avropa ukraynalıları vaxtında silahla təmin edərsə, o zaman bu baş verməyəcək və Ukrayna ordusu bütün istiqamətlərdə əks-hücuma keçərək vəziyyəti öz xeyrinə dəyişəcək. Bir sözlə, sentyabr-oktyabr periodunda vəziyyət daha da gərginləşəcək. Amma noyabr-dekabrda tərəflər yenidən və təzə şərtlərlə diplomatik masaya əyləşə bilərlər”.

Seymur ƏLİYEV

Seçilən
87
50
moderator.az

10Mənbələr