AZ

Ötən il təhsil sektoru üzrə xərclərə proqnozdan az vəsait ayrılıb

Ötən ilin dövlət büdcəsində “Təhsil” sektoru üzrə 26 icraçı təşkilat tərəfindən 10 proqram üzrə 102 tədbirin həyata keçirilməsi üçün 4,5 milyard manat məbləğində vəsait (ötən illə müqayisədə 420,4 milyon manat və ya 10,2 faiz çox) proqnozlaşdırılmış, icraçı təşkilatların sifarişləri əsasında 4,4 milyard manat və ya proqnozda nəzərdə tutulduğundan 160,2 milyon manat məbləğində (3,5 faiz) az vəsait ayrılıb.

Bu barədə Kommersant.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, icraçı təşkilatlar tərəfindən təqdim edilən məlumatlara əsasən, ayrılan vəsaitdən 4,4 milyard manat istifadə olunub.

Eyni zamanda, proqnozlaşdırılan vəsaitin 0,4 faizi (və ya 18,1 milyon manat) sektor üzrə bölüşdürülməmiş (blok) vəsait kimi nəzərdə tutulmuş və 5,9 milyon manat istifadə olunub.

Sektor üzrə vəsaitin 91,8 faizi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən icra olunan tədbirlərin payına düşüb.

Seçilən
67
50
kommersant.az

10Mənbələr