AZ

"Qəbələ"nin gənc müdafiəçisi: "Karvan-Yevlax"dan üstün idik"

"Karvan-Yevlax"a qarşı oyunumuz yaxşı keçdi. Birinci Liqada çempion olub yenidən Premyer Liqaya qayıtmışıq. Dönüşümüzü qələbə ilə qeyd etmək istəyirdik, təəssüf ki, alınmadı. Həvəsdən düşmürük və növbəti oyunlarda maksimum nəticə qazanmaq üçün hazırlaşırıq".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Eşqin Əhmədov deyib.

Gənc futbolçu komandasının Misli Premyer Liqasının birinci turunda "Karvan-Yevlax"la oyunda "sülh" bağlamasına münasibət bildirib: "Matçda rəqibdən üstün idik. Qol epizodlarımız oldu, dəyərləndirə bilmədik. Əksinə, rəqibin 2-3 qol fürsəti yarandı, birini qola çevirdilər. Məncə, bu oyunda qələbə qazana bilərdik. Yaratdığımız qol imkanlarından maksimum yararlansaydıq, hesab fərqli ola bilərdi. Heyətimiz yaxşıdır. Düzdür, gənc futbolçular çoxdur. Buna baxmayaraq, əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Bu mövsüm yüksək nəticələr qazanmaq istəyirik. Hədəfimiz maksimum üst pillələrdə qərarlaşmaqdır".

Qeyd edək ki. "Qəbələ" Misli Premyer Liqasının ilk turunda "Karvan-Yevlax"la "sülh" bağlayıb - 1:1.

İdman.biz

Seçilən
95
3
idman.biz

10Mənbələr