AZ

Ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir

Ali təhsil müəssisələrinə ixtisas seçimi prosesi davam edir.

Doğru.az xəbər verir ki, abituriyentlər 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiqləməlidirlər.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, avqustun 18-i saat 10:15-ə olan göstəriciyə əsasən, 73 min 66 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib. Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılır.

Abituriyentlər ixtisas seçimi qaydaları və müsabiqə şərtləri ilə bağlı sualları ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə ünvanlaya bilərlər. Bu mərkəzlər 9 ali təhsil müəssisəsində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrində və müəyyən olunmuş tarixlər üzrə 50-dən çox bölgədə fəaliyyət göstərir.

DOĞRU.AZ

Seçilən
18
50
dogru.az

10Mənbələr