AZ

Çinin Rusiyadan neft alması səbəbindən "cəzalandırılması" təxirə salınıb

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin ilə görüşdə irəliləyiş əldə edildiyini nəzərə alaraq, Çinin Rusiyadan neft alması səbəbindən Çin mallarına tətbiq ediləcək gömrük vergilərini artırmaq planını təxirə saldığını açıqlayıb.

Marja.az xəbər verir ki, Tramp "Fox News"a verdiyi müsahibəsində bildirib:

"Bugünkü vəziyyətə görə, bu məsələni düşünməyimə ehtiyac yoxdur. İki-üç həftə sonra bunu nəzərdən keçirə bilərəm, amma indi ehtiyac yoxdur."

Ayın əvvəlində Tramp, Putini Ukrayna ilə sülh danışıqlarına təşviq etmək məqsədilə, Rusiyadan neft alan ölkələrə əlavə gömrük vergiləri tətbiq etməklə hədələmişdi. ABŞ Prezidenti Rusiyadan neft alışları səbəbindən 27 avqustdan etibarən Hindistan məhsullarına tətbiq olunan gömrük vergilərini ikiqat artırmışdır.

Lakin Çinə qarşı gömrük vergilərinin artırılması, Trampın ötən həftə 90 gün daha uzatmağa razı olduğu ticarət atəşkəsini pozmaq riski daşıyırdı.

Seçilən
51
19
marja.az

10Mənbələr