AZ

Ötən il təhsil sektoru üzrə xərclərə proqnozdan az vəsait ayrılıb

Bakı. Trend:

Ötən ilin dövlət büdcəsində “Təhsil” sektoru üzrə 26 icraçıtəşkilat tərəfindən 10 proqram üzrə 102 tədbirin həyata keçirilməsiüçün 4,5 milyard manat məbləğində vəsait (ötən illə müqayisədə420,4 milyon manat və ya 10,2 faiz çox) proqnozlaşdırılmış, icraçıtəşkilatların sifarişləri əsasında 4,4 milyard manat və yaproqnozda nəzərdə tutulduğundan 160,2 milyon manat məbləğində (3,5faiz) az vəsait ayrılıb.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, icraçı təşkilatlar tərəfindən təqdim edilənməlumatlara əsasən, ayrılan vəsaitdən 4,4 milyard manat istifadəolunub.

Eyni zamanda, proqnozlaşdırılan vəsaitin 0,4 faizi (və ya 18,1milyon manat) sektor üzrə bölüşdürülməmiş (blok) vəsait kiminəzərdə tutulmuş və 5,9 milyon manat istifadə olunub.

Sektor üzrə vəsaitin 91,8 faizi Azərbaycan Respublikasının Elmvə Təhsil Nazirliyi tərəfindən icra olunan tədbirlərin payınadüşüb.

Məqalədə:
Seçilən
11
50
az.trend.az

10Mənbələr