AZ

ABŞ-Hindistan ticarət danışqıları dayandırılıb

AzVision.az xəbər verir ki, bu qərarhəm tarif siyasəti, həm də Hindistanın Rusiya ilə enerji əməkdaşlığı fonunda Vaşinqtonla Nyu-Dehli arasında artan gərginlikləizah edilir.

ABŞ-nin ticarət nümayəndəsinin köməkçisi Brendan Linçin başçılıq etdiyi Amerika nümayəndə heyətinin səfəri əvvəlcə avqustun 25-nə planlaşdırılmışdı və bu, ticarət qarşıdurmasının dərəcəsini azaltmağa çalışmaq üçün mühüm platformaya çevrilməli idi.

Lakin Vaşinqtonun kəskin şəkildə tarifləriartırmasından sonra vəziyyətin gərginləşməsi faktiki olaraq bu planları alt-üst etdi. İyulun sonunda ABŞ prezidenti Donald Tramp Hindistan bazarında yüksək maneələr olduğunu və Nyu-Dehlinin Amerikanın təkliflərinə doğru qarşılıqlı addım istəmədiyini əsas gətirərək, Hindistan mallarına 25 faizlik rüsum tətbiq ediləcəyini açıqladı.

Avqustun 7-də isə bu tariflər iki dəfə artırılaraq 50%-ə çatdırıldı. Bundan əlavə,ABŞ Hindistan şirkətlərinin Rusiya neftini alması səbəbindən avqustun 27-də daha 25 faizlik rüsum tətbiq etmək qərarına gəlib.

Bu addımlar Hindistan üçün sürpriz oldu, çünki Nyu-Dehli əvvəllər hazırlanan azad ticarət sazişi çərçivəsində mübahisəli məsələləri həll etməyə ümid bəsləyirdi. Artıq bir neçə ildir ki, davam edən danışıqlarda tərəflər bir sıra sahələr üzrə irəliləyişə nail olublar.

Bununla belə, fundamental ixtilaflar qalmaqdadır. Vaşinqtonun geni dəyişdirilmiş kənd təsərrüfatı məhsullarının Hindistan bazarına buraxılması tələbi əsas maneə olaraq qalır. Fermerlər, ərzaq təhlükəsizliyi və əhalinin sağlamlığı üçün riskləri əsas gətirənHindistan tərəfi bunun qəti əleyhinədir.

Danışıqların son raundunun iflasa uğraması onu göstərir ki, iki böyük iqtisadiyyat arasında kompromis hələ də mümkün deyil.

Üstəlik, Rusiyadan neft idxalına yeni tariflərin və sanksiyaların tətbiqi münaqişəyə geosiyasi çalarəlavə edir: ABŞ Hindistanın Moskva ilə əməkdaşlığını məhdudlaşdırmağa can atır, Nyu-Dehli isə strateji müstəqilliyi saxlamağa və enerji təchizatının şaxələndirilməsinə çalışır.

Beləliklə də dayandırılmış danışıqlartəkcə iqtisadi ixtilafları deyil, həm də xarici siyasət və qlobal ticarətdə maraqların daha geniş toqquşmasınıəks etdirir. Mövcud reallıq qısa müddətdə ticarət müharibəsinin daha da genişlənməsinə gətirib çıxara bilər ki, bu da təkcə ikitərəfli münasibətləri deyil, həm də beynəlxalq ticarət sistemində qüvvələr balansını çətinləşdirəcək.

Bu baxımdan, Ukrayna münaqişəsinin həlli istiqamətində Moskva ilə Vaşinqton arasında ortaq məxrəcə gəlinməsi ABŞ-Hindistan ticarət sövdələşmələrinə də müsbət təsir göstərə bilər.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
27
30
azvision.az

10Mənbələr