Qusar, 18 avqust, Elxan Yusifli, AZƏRTAC
Şimal regionunun əsas taxılçılıq rayonlarından sayılan Qusarda biçin kampaniyası başa çatıb.
Qusar Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, cari il rayonda ümumilikdə 57 min 440 ton taxıl məhsulu tədarük olunub. Taxıl üzrə orta məhsuldarlıq hər hektara görə 29,1 sentner təşkil edir. Bu rayon üzrə son illərin ən yüksək məhsuldarlıq göstəricilərindəndir.
Qusarda bu ilin məhsulu üçün 10 min 650 hektar arpa, 9 min 60 hektar buğda əkilmişdi. Məhsulun sahələrdən vaxtında və itkisiz yığılmasını təmin etmək məqsədilə bu il biçinə 70-ə yaxın taxılbiçən kombayn cəlb olunub.