AZ

Qusarda taxıl biçini rekord məhsuldarlıqla başa çatdı

Şimal bölgəsinin əsas taxılçılıq rayonlarından olan Qusarda biçin kampaniyası yekunlaşıb.

Doğru.az xəbər verir ki, Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin məlumatına görə, bu il rayonda ümumilikdə 57 min 440 ton taxıl məhsulu yığılıb. Orta məhsuldarlıq hər hektara görə 29,1 sentner təşkil edib ki, bu da son illərin ən yüksək göstəricilərindən hesab olunur.

Rayonda bu il 10 min 650 hektar arpa, 9 min 60 hektar isə buğda sahəsi əkilmişdi. Məhsulun vaxtında və itkisiz toplanması üçün biçin kampaniyasına 70-ə yaxın taxılbiçən kombayn cəlb olunub.

DOĞRU.AZ

Seçilən
15
28
dogru.az

10Mənbələr