AZ

Ruslar Xarkovu vurdu: ölənlər və yaralananlar var

Bu gün səhər saatlarında ruslar Xarkovda “Geran-2” pilotsuz uçuş aparatları ilə 5 mərtəbəli yaşayış binasını vurublar.

Moderator.az xəbər verir ki, hadisə nəticəsində çox sayda insan ölüb.

Şəhər meri İqor Terekhov bildirib ki, ölənlərin sayı 5 nəfərə çatıb. Həlak olanlar arasında 1 yaş 6 aylıq qız uşağının olduğunu da bildirir.

20-ə yaxın isə yaralanıb. Dağıntılar altında hələ də insanların ola biləcəyi güman edilir.

Seçilən
39
15
moderator.az

10Mənbələr