AZ

“İstəklilər Koalisiyası” Ukraynaya qoşun yeritməyə hazır olduğunu bildirib  

Avqustun 17-də Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer, “İstəklilər Koalisiyası”nın liderlər virtual iclasına həmsədrlik ediblər. Bu barədə Britaniya hökumətinin bəyanatında deyilir.

Sammitdə Ukrayna Prezidenti Volodimir Zelenski iştirak edib.

Liderlər Ukraynaya dəstək və ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə Alyaskada görüşündən sonra sülh danışıqlarında növbəti addımları müzakirə etmək üçün bir araya gəliblər.

Bəyanatda deyilir ki, “liderlər Ukraynaya davamlı dəstəyini bir daha təsdiqləyiblər və Prezident Zelenskinin Vaşinqtonda Prezident Trampla gələcək məsləhətləşmələrə hazırlaşarkən ədalətli və davamlı sülhə sadiqliyini təqdir ediblər”.

Bildirilir ki, müttəfiqlər ABŞ prezidentinin Ukraynaya çoxmillətli qüvvələrin yerləşdirilməsi də daxil olmaqla, “İstəklilər Koalisiyası”nın mühüm rol oynayacağı Ukraynaya təhlükəsizlik zəmanətləri vermək öhdəliyini yüksək qiymətləndiriblər.

Onlar hərbi əməliyyatlar dayandırıldıqdan sonra təhlükəsizlik qüvvələrini yerləşdirməyə hazır olduqlarını bir daha bəyan ediblər, həmçinin Ukraynanın hava və dəniz məkanının təhlükəsizliyinin təmin edilməsinə və ölkənin silahlı qüvvələrinin yenidən qurulmasına kömək etməyə hazır olduqlarını bildiriblər.

Makron və Starmer, həmçinin liderlərə Zelenski ilə ABŞ Prezidenti Donald Trampla görüşmək üçün bu gün Vaşinqtona gedəcəklərini də bildiriblər.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
66
10
azerbaijan-news.az

10Mənbələr