Sumqayıtda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.
“Report”un yerli bürosunun məlumatına görə, hadisə Koroğlu prospektində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1962-ci il təvəllüdlü Sadıqov Fikrət Sədirxan oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə piyadanı vurub.
Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.