Cənubi Amerikanın Ekvador Respublikasında bilyard zalında silahlı insident baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həyatını itirib.
Maskalı silahlılar Santo Dominqo de los Tsaçilas şəhərində yerləşən bilyard zalına basqın edərək uzun lüləli silahlardan atəş açıblar.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Atışma nəticəsində 7 nəfər hadisə yerində ölüb. Hazırda hücumda iştirak edən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat davam etdirilir.