AZ

DYP məlumat yaydı - Özünüzü bilə-bilə təhlükəyə atmayın

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sükan araxasında mobil telefondan istifadənin yolverilməzliyi ilə bağlı açıqlama yayıb.

İdarədən Sitatinfo-ya verilən məlumatda BDYPİ bir daha xatırladır ki, sükan arxasında mobil telefondan istifadə insan həyatını bir anın içində məhv edə biləcək məsuliyyətsizlikdir. Bu vərdiş təkcə qayda pozuntusu deyil, həm də özünüzü və başqalarını bilə-bilə təhlükəyə atmaqdır.

Mobil telefondan istifadənin yaratdığı əsas təhlükələr:

1. Diqqətin yayındırılması – Telefona baxan sürücü yolda baş verənləri vaxtında görə bilmir, piyadaları və digər nəqliyyat vasitələrini nəzərdən qaçırır.

2. Reaksiyanın ləngiməsi – Telefon sürücünün reaksiyasını 2–3 dəfə gecikdirir. Bu isə qəfil əyləc və ya manevr imkanlarını minimuma endirir.

3. Nəzarətin itməsi – Telefonla məşğul olan sürücü zolaqdan çıxır, təhlükəli manevrlər edir və məsafəni düzgün qiymətləndirmir.

Bildirilir ki, bir zəng və ya bir mesaj heç vaxt insan həyatından vacib ola bilməz.

"Sizin məsuliyyətli davranışınız hər kəsin təhlükəsizliyinə təminat verir" - xəbərdarlıqda vurğulanır.

Seçilən
12
23
sitat.info

10Mənbələr