AZ

Göyərtəsində 40 sərnişin olan təyyarə çəmənliyə endi - FOTO

Tümen (Rusiya ) hava limanında sərnişin təyyarəsi zolaqdan çıxıb.

Milli.Az xəbər verir ki, avqustun 18-də səhər "A 247" aviaşirkətinə məxsus AN-24 tipli təyyarə Roshçino aeroportunda uçuş zamanı zolaqdan kənara çıxıb. Təyyarədə 6 ekipaj üzvü və 40 sərnişin olub, heç kim xəsarət almayıb.

Hadisədən sonra təyyarə dayanacağa çəkilib. Prokurorluq uçuş təhlükəsizliyi qaydalarının pozulub-pozulmadığını müəyyənləşdirmək üçün araşdırma başladıb.

Bundan əvvəl oxşar hadisə Kamçatkada baş vermişdi. Orada AN-2 tipli təyyarə eniş zamanı zolaqdan çıxmış, lakin sərnişinlər sağ qurtarmış, təyyarə isə zədələnmişdi.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
33
50
milli.az

10Mənbələr