Rusiya Silahlı Qüvvələrinin Xarkovda çoxmərtəbəli binaya endirdiyi zərbələr nəticəsində dörd nəfər həlak olub, 18 nəfər xəsarət alıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri prokurorluğa istinadən məlumat yayıb.
Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbovun məlumatına görə, beş nəfər itkin düşmüş hesab olunur.
"İlkin məlumata görə, onlar dağıntılar altında ola bilərlər", - o qeyd edib.