AZ

Xameneinin müşaviri: İran yeni müharibəyə hazırlaşır

BAKI, 18 avqust. TELEQRAF

“İran ilə İsrail arasında müharibə yenidən başlaya bilər, amma bundan sonra başqa müharibə olmayacaq”.

Teleqraf xəbər verir ki, bunu İranın Ali rəhbəri Əli Xameneinin baş müşaviri Yəhya Rəhim Səfəvi deyib.

Rəhim Səfəvi ölkəsi ilə İsrail arasında 12 günlük müharibədən sonrakı hazırkı vəziyyətlə bağlı qeyd edib:

“Hazırda atəşkəsdə deyilik, müharibə mərhələsindəyik və bizimlə ABŞ və İsrail arasında heç bir yazılı protokol, saziş və razılaşma yoxdur. Ordu üçün ssenarilər hazırlayırıq, ən pisini görürük və bu plana hazırlaşırıq”.

Seçilən
79
50
teleqraf.com

10Mənbələr