AZ

UEFA Super Kubokunun hakimləri "Qarabağ"ın oyununda - FOTO

Macarıstanda "Ferentsvaroş" və "Qarabağ" arasında keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün bütün təyinatlar açıqlanıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Juan Pedru da Silva Pineyruya yan xətt hakimləri qismində Brunu Migel Alveş Jezuş və Lusiano Antonio Qomeş Maya yardımçı olacaq.

Klaudiu Filipe Ruivo Pereyra dördüncü hakim, Tyaqu Brunu Lopes Martinş VAR hakimi, Fabiu Oliveyra Melu VAR hakiminin köməkçisi funksiyasını yerinə yetirəcək.

İsveçli Stefan Yohannesson hakim-inspektor, gürcüstanlı İrakli Nakaidze UEFA nümayəndəsi təyin olunub.

Pineyru və onun briqadası daha əvvəl avqustun 13-də Fransanın PSJ və İngiltərənin "Tottenhem" komandaları arasında keçirilmiş UEFA Super Kuboku matçında iş başında olub.

İtaliyanın Udine şəhərindəki həmin matçın dördüncü hakimi funksiyasını azərbaycanlı FIFA referisi Elçin Məsiyev yerinə yetirib. Həmin matç PSJ-nin penaltilər seriyasında qələbəsi ilə yekunlaşıb - 4:3 (əsas vaxt - 2:2).

Avqustun 19-da Budapeşt şəhərindəki "Groupama Arena"da təşkil olunacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Cavab görüşü avqustun 27-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Seçilən
48
50
sportinfo.az

10Mənbələr