AZ

“İstismara yararsız oturacaqlara bilet satılır” –Sərnişinlər narazıdır

Hikmət Əliyev Biletim.az, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həmçinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən narazılığını bildirib.

O, ictimai nəqliyyatda sərnişin daşıma şərtlərinə uyğun gəlməyən oturacaqlara bilet satılmasından şikayət edir.

AzPost bildirir ki, şikayətçi bəzi avtobuslarda kustar üsulla hazırlanmış və istifadəyə yararsız vəziyyətdə olan oturacaqlara sərnişinlər üçün elektron bilet satıldığını bildirib. Onun sözlərinə görə, belə hallarda vətəndaş aldığı biletin hansı şəraitdəki yerə aid olduğunu əvvəlcədən bilmir.

“Biz elektron bilet alarkən oturacağın normal, ya da bərbad vəziyyətdə olduğunu necə müəyyən edə bilərik? Bu yerlərə bilet satanlar və ya avtobus sahibi üç saata yaxın müddətdə həmin oturacaqda fasiləsiz otura bilərmi?” – deyə o, sual edib.

Vətəndaş məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsini tələb edir.

AzPost.az

Seçilən
29
50
azpost.info

10Mənbələr