Fransanın müxtəlif bölgələrində iki planerin (mühərriksiz uçuş aparatı) qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub.
Bu barədə "Agence France-Presse" yerli hakimiyyətə istinadən xəbər verib.
"İki kişi bazar günü günorta Şerminyak kommunasında planer qəzasından sonra həlak olub. Daha iki nəfər oxşar şəraitdə (Morbian departamentində - red.) aerodrom yaxınlığında planer qəzasında həlak olub", - agentlik yazıb.
Hər iki hadisə araşdırılır. Hadisələrin təfərrüatları isə paylaşılmayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta