AZ

Tramp bu gün Ağ Evdə Zelenskiyə yenidən təzyiq göstərəcək - KİV

Bu gün ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə görüşü zamanı sülh razılaşması əldə etmək üçün Kiyevə təzyiq göstərəcək.

Missiya.Az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilib ki, Tramp potensial sülh sazişinin şərtlərini müzakirə etmək üçün Zelenskini və bir sıra Avropa liderlərini qəbul edəcək.

Mənbənin sözlərinə görə, ABŞ Rusiyanın tələb etdiyi ərazi güzəştlərinə diqqət yetirsə də, Kiyev mümkün təhlükəsizlik təminatlarını təmin etməyə çalışacaq.

Daşqın Həsənov

Missiya.Az

Seçilən
21
50
missiya.az

10Mənbələr