AZ

Bitcoin dalğalanır, qiymət ucuzlaşdı - DETALLAR

Kriptovalyuta bazarının əsas oyunçusu olan Bitcoin (BTC) hazırda 115 752,75 dollar qiyməti ilə ticarət olunur.

“Apple” və “Bank of Amerika”nın səhmlərini satıb - SƏHİYYƏ ŞİRKƏTİNƏ YATIRIR

FED.az xəbər verir ki, son 1 saatda qiymət 0,36%, son 24 saatda 2,04%, son 7 gündə isə 5,25% azalıb. Bu, BTC-nin son günlərdə təzyiq altında qaldığını göstərir.

Bazar kapitallaşması 2,3 trilyon dollara qədər geriləyib. 24 saatlıq ticarət həcmi isə 55,8 milyard dollar təşkil edir, başqa sözlə desək 55,8 milyard dollar həcmində alqı-satqı həyata keçirilib. Hal-hazırda dövriyyədə olan 19,9 milyon Bitcoin ümumi təklifin (21 milyon) böyük hissəsini təşkil edir.

2025-ci ilin əvvəlindən bu günə qədər Bitcoin hələ də 23,94% artım nümayiş etdirir. Analitiklər qeyd edirlər ki, son həftədəki eniş bazarda qısamüddətli düzəlişlə bağlıdır və əsas fundamental amillər və məhdud təklif qiyməti dəstəkləməyə davam edir.

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür. 

Seçilən
15
6
fed.az

10Mənbələr