AZ

"Kapital Bank"ın faiz gəlirləri - 44% ARTIB

Bu ilin yanvar-iyun ayları ərzində, bankın ümumi faiz gəlirləri 561,6 milyon manat təşkil edib. 

FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.

Məlumata əsasən, faiz gəlirlərinin böyük hissəsini, yəni 445,6 milyon manatını müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlirlər təşkil edib. Ticarət və investisiya qiymətli kağızlarından əldə olunan faiz gəlirləri isə 96,4 milyon manat olub.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi faiz gəlirləri 170,3 milyon manat və ya 43,5% artıb. Müştərilərə verilmiş kreditlərdən əldə olunan gəlirlər 122,7 milyon manat (38,0%) yüksəlib. Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirlərində isə 57,4 milyon manatlıq, başqa sözlə 2,5 dəfəlik artım qeydə alınıb.

Xatırladaq ki, ötən ilin müvafiq dövründə bankın ümumi faiz gəlirləri 391,3 milyon manat, müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri 322,9 milyon manat, ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə 39,0 milyon manat təşkil etmişdi.

Seçilən
16
50
fed.az

10Mənbələr