Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1A ünvanında yerləşən yeni tikilinin 17-ci mərtəbəsindən kərpiclər düşüb.
Nəticədə, binanın həyətində dayanan "Mercedes-Benz" markalı avtomobilə ciddi ziyan dəyib.
Sakinlərin iddiasına əsasən bu, ilk hal deyil.
Onlar bildiriblər ki, daha əvvəl də tikilidən düşən taxtalar başqa bir avtomobilə zərər yetirib.
Ətraflı Baku TV-nin süjetində:
Tarix: 18 Avqust 2025, 08:24