AZ

Avtobusun yük yerində oturacaqlar quraşdırıldı VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Pakistanda nəqliyyat şirkətləri rəqabət qabiliyyətini artırmaq üçün avtobuslara ağlasığmaz konstruksiya dəyişikliyi edirlər. Məqsəd uzaq yolda sərnişinlərin komfortunu təmin etməkdir. 

Avtosfer.az xəbər verir ki, nəqliyyat şirkətlərindən biri uzaq reys avtobusunun yük yerini komfortlu oturacaqlarla əvəzləyib. Burada sərnişinlər yol boyu yata, televizora baxa, internetdən istifadə edə bilərlər. Ölkənin ərazisi böyük olduğu üçün komfortlu nəqliyyata da tələbat artır. 

Avtobus dünyada maraq doğursa da, bir qüsur yerində qalır. Belə “yeniliklər” pakistanlı ustaların novatorluğunu göstərsə də, yol hərəkətinin təhlükəsizliyi məsələsi problem olaraq qalır.

“Yeniliklərin” heç biri sertifikatlaşdırılmır. Bu dəyişikliklər bir daha göstərir ki, sərnişindaşımada ən səmərəli nəqliyyat dəmir yoludur. Dəmir yolu şəbəkəsinin yaxşı inkişaf etdiyi ölkələrdə belə “ustalığa” ümumiyyətlə ehtiyac yoxdur.

O ki qaldı Azərbaycana, bizdə belə avtobuslar olmayacaq və olması da arzuolunan deyil. Ən azından polis belə konstruksiya dəyişikliyinə icazə verməyəcək.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
50
avtosfer.az

10Mənbələr