AZ

AK sədri: Sabah Ukrayna öz taleyini həll edəcək

“Sabah Ukrayna öz taleyini həll edəcək”.

 

Senzor.az bildirir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında deyib.

 

O, Avropa liderlərinin Ukrayna Prezidenti ilə birgə uçacağı ABŞ-a sabahkı səfərini belə şərh edib.

 

AK sədri həmçinin bu danışıqlarda Avropanın mövqeləri ilə bağlı bir sıra açıqlamalar verib.

 

Fon der Ljayenin fikrincə, Ukrayna yaxşı silahlanmalı və “heç bir hücumçunun məğlub edə bilməyəcəyi polad kirpiyə” çevrilməlidir. Avropa müharibədən sonra Ukrayna Silahlı Qüvvələri üçün hər hansı məhdudiyyət qoyulmasının əleyhinədir.

 

O, həmçinin əlavə edib ki, “beynəlxalq sərhədlər zorla dəyişdirilə bilməz” və “sərhədlər məsələsi Ukraynanın müstəsna hüququdur”.

 

Fon der Lyayenin sözlərinə görə, Aİ-nin Rusiyaya qarşı 19-cu sanksiyalar paketi sentyabrın əvvəlində hazır olacaq. Yada salaq ki, sanksiyaların ləğvi Rusiya Federasiyası ilə sülh sazişinin tərkib hissəsi ola bilər.

Seçilən
64
36
senzor.az

10Mənbələr