AZ

Makron: Avropa Ukrayna danışıqlarında iştirak etməlidir

Fransa prezidenti Emmanuel Makron bildirib ki, o, Avropanın Rusiya, ABŞ və Ukrayna ilə yanaşı Ukrayna nizamlanması üzrə gələcək danışıqlarda iştirakını zəruri hesab edir...

Poliqon xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Mən növbəti sammitlərdə təkcə Ukraynanın deyil, həm də Avropanın danışıqlar masası arxasında olması fikrini müdafiə etmək niyyətindəyəm”, deyə siyasətçi vurğulayıb.

O vurğulayıb ki, Avropanın münaqişənin həllində iştirakı son dərəcə vacibdir, çünki bu, birbaşa Avropa dövlətlərinin və onların vətəndaşlarının təhlükəsizliyinə aiddir.

Makron həmçinin qeyd edib ki, ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Vladimir Zelenski arasında Vaşinqtonda gözlənilən görüş zamanı avropalı siyasətçilər təkcə Ukraynanın deyil, həm də öz maraqlarını müdafiə edəcəklər.

Poliqon.info 

Seçilən
103
50
poliqon.info

10Mənbələr