AZ

1010 gün ərzində Rusiya Ukrayna ərazisinin cəmi 1%-dən azını ələ keçirib

Analitiklər bildirir ki, Rusiya 2022-ci ilin noyabrından bəri yalnız 5842 kvadrat kilometr ərazini işğal edə bilib...

Poliqon xəbər verir ki, “Deep State” analitik mərkəzinin hesablamalarına görə, 12 noyabr 2022-ci ildən bu yana Rusiya qoşunları Ukraynanın cəmi 5842 kvadrat kilometr ərazisini ələ keçirib ki, bu da ölkə ərazisinin təxminən 0,96%-nə bərabərdir.

Məlumatda qeyd olunur ki, Rusiya ordusu ən böyük uğurları müharibənin ilk günlərində əldə edib. Lakin sonradan Ukrayna Silahlı Qüvvələri əhəmiyyətli əraziləri geri qaytarmağa nail olub.

Analitiklərin vurğuladığına görə, bundan sonra Rusiya ordusu hücum əməliyyatlarını davam etdirsə də, ciddi irəliləyiş əldə etməyib. Bu, həm Ukrayna müdafiəsinin gücünü, həm də Rusiya hərbi strategiyasının zəif tərəflərini göstərir.

Poliqon.info

Seçilən
32
43
poliqon.info

7Mənbələr