AZ

Təbriz Bakı reyslərinin sayı artacaq

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Yaxın günlərdə Təbriz-Bakı aviareyslərinin sayı artacaq.

Oxu.Az "Azad İran"a istinadən xəbər verir ki, bu barədə İranın Şərqi Azərbaycan Vilayətinin Hava Limanları Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, sentyabrın 3-dən daha bir aviaşirkət Təbriz-Bakı reyslərini yerinə yetirməyə başlayacaq.

Bu uçuşlar həftənin bazar və çərşənbə günləri Təbriz Beynəlxalq Hava Limanından həyata keçiriləcək.

Xatırladaq ki, hazırda Azərbaycan Hava Yolları (AZAL) müvafiq istiqamətdə uçuşlar həyata keçirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
37
oxu.az

10Mənbələr