“Azərbaycan Hava Yolları” QSC (AZAL) sentyabrın 3-dən etibarən Bakı–Təbriz–Bakı marşrutu üzrə birbaşa uçuşlara başlayacaq.
Aviaşirkətin məlumatına görə, yeni istiqamət üzrə reyslər həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək.
Həmçinin sentyabrın 1-dən etibarən AZAL İranın paytaxtı Tehran şəhərinə də müntəzəm reyslərini bərpa edəcək. Bakı–Tehran–Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə – bazar ertəsi, cümə axşamı, cümə və şənbə günləri yerinə yetiriləcək.