AZ

Yol təmizləyənlər tullantıları NZS qəsəbəsinə məhəlləyə atırlar - ŞİKAYƏTVİDEO

Məişət tullantıları üçün qutular ayrılsa da, küçə zibilliyi xatırladır. Tullantılar qalaq-qalaq yığılıb, üfunətdən məhəlləyə ayaq basmaq olmur. Görüntülər Xətai rayonu NZS qəsəbəsindəndir.

Xezerxeber.az-ın xəbərinə görə, sakinlər bildirirlər ki, isti havalarda üfunətdən dayanmaq olur.

Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətinə müraciət etdik.

Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, İlqar Həbibov küçəsindəki məişət tullantıları gecikdirilmədən daşınır. Bu məsələ də diqqətdə saxlanılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
86
5
xezerxeber.az

10Mənbələr